Bazar günü 25 Oktyabr 2020

Cəmiyyət

Koronavirusla mübarizə tədbirləri: Gəncədə dezinfeksiya işləri davam etdirilir

Gülnar Fazilqızı - 18/09/2020

Gəncədə COVİD-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə ardıcıl işlər həyata keçirilir. Belə ki, şəhərin müxətlif ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə mütəmadi olaraq təmizlik və dezinfeksiya işləri aparılır. İşlər yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş qəfəslərində, liftlər və onların ətrafında, oyun meydançalarında aparılır.

Tibbi-profilaktiki tədbirlər park və xiyabanları, ictimai iaşə obyektlərini, ümumilikdə insanların sıxlıq təşkil etdiyi bütün əraziləri əhatə edir. Sözügedən ərazilər suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı və su çiləyici avtomobillərlə dərmanlanır.

Bununla yanaşı Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prossesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq Gəncənin bütün orta məktəb və körpələr evi-uşaq bağçalarında da mütəmadi olaraq təmizlik və dezinfeksiya işləri həyata keçirilir.

Qrafikə uyğun olaraq həyata keçirilən tibbi-profilaktik tədbirlərlə yanaşı Gəncədə mütəmadi olaraq təmizlik işləri də aparılır.  İşlərə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin canlı qüvvəsi ilə yanaşı xüsusi texnikaları da cəlb edilirlər.  

Photogallery

0137 0139 0141 0135 0146 0136 0148