Şənbə 19 Sentyabr 2020

Cəmiyyət

Gəncədə 'Əlilliyi olan şəxslərin hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu' mövzusunda onlayn tədbir keçirilib

Sənubər Qocayeva - 16/09/2020

Ombudsmanın Gəncə Regional Mərkəzi əlilliyi olan şəxslərin hüquqları ilə bağlı onlayn tədbir keçirib.

Ombudsmanın Gəncə Regional Mərkəzi Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzi ilə birgə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin iştirakı ilə “Əlilliyi olan şəxslərin hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu” mövzusunda onlayn tədbir keçirib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, Müvəkkil tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təmini məsələsi daim diqqət mərkəzində saxlanılır. O, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə Müvəkkilin təşəbbüsü ilə aparatın strukturunda yeni sektor yaradıldığını qeyd edib. Həmçinin ötən dövr ərzində Ombudsman tərəfindən sosial xidmət müəssisələrində dövlət təminatında yaşayan əlilliyi olan şəxslərin və ahılların hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə səlahiyyətli dövlət qurumlarına özündə çoxsaylı təklif və tövsiyələri əks etdirən müraciətlər edilib, bir çox hallarda onların təmini ilə bağlı zəruri tədbirlər görülüb.

Tədbirdə iştirakçılara müvafiq sahədə mövcud olan beynəlxalq və ölkədaxili standartlar haqqında ətraflı məlumat verilib, Ombudsmanın fəaliyyəti ilə bağlı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

İdman

Hadisə