Cümə axşamı 29 Oktyabr 2020

Cəmiyyət

Gəncə üzərində Azərbaycan və Türkiyə hərbi təyyarələrinin uçuşları keçirilib

Gülnar Fazilqızı - 15/09/2020

Sentyabrın 15-də saat 15.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib. Uçuşlar Bakı şəhərinin işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü ilə əlaqədar baş tutub. Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunublar.

Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və şəhər ictimaiyyətinin nümayəndələri uçuşları izləyiblər. Əllərində Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandıran gənclər tədbirə xüsusi abu-hava qatıblar.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Bu gün Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Gəncə səmasında birgə uçuşlar keçirməsi bunu bir daha nümayiş etdirdi.

 

 

Photogallery

IMG 3418 IMG 3471 IMG 3382 IMG 3424 WhatsApp Image 2020 09 15 At 15.46.55 (1) WhatsApp Image 2020 09 15 At 15.46.55 WhatsApp Image 2020 09 15 At 15.46.54 (1)