Şənbə 28 Noyabr 2020

Sosial

Naqif Həmzəyev: Ölkəmizdə yol infrastruktur layihələri uğurla həyata keçirilir

Surxay Məmmədzadə - 12/09/2020

Ölkə Prezidenti İlham Əliyev tərəfindən verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edir. Bunu açıqlmasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı Azərbaycan vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini daim prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətdə həyata keçirilən tədbirlərin, layihələrin, sərəncamların ardı-arası kəsilmir. Məhz bunun nəticəsidir ki, yeni göydələnlər inşa olunur, aqroparklar fəaliyyətə başlayır, tibb müəssisələri, modul tipli xəstəxanalar, təhsil ocaqları tikilir.

Ulu öndər Heydər Əliyevin vaxtilə böyük uzaqgörənliklə söylədiyi “yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir” sözlər bu gün də öz aktuallığını saxlamaqdadır. Ölkəmizin bütün sahələri kimi yol infrastruktur layihələri də uğurla həyata keçirilir, dünya standartlarına uyğun yollar salınır, körpülər inşa edilir. Çəkilən yollar, salınan körpülər avtomobillərin intensiv hərəkətini nizamlamaq, gərginliyi, tıxacları aradan qaldırmaqla yanaşı, ölkəmizə xüsusi gözəllik və əzəmət verir. Yeni asfalt yollar, körpülər hər bir sakinə dinclik gətirir, onların təhlükəsizliyini təmin edir. Yolların yenidən qurulması, körpülərin saalınması ilə bağlı Prezidentimiz İlham Əliyev ardıcıl olaraq tədbirlər həyata keçirir, sərəncamlar imzalayır və bu sərəncamlar bir-birinin ardınca, vaxtında icra olunur.

Sentyabrın 9-da dövlət başçımızın açılışında iştirak etdiyi Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidi piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinə xidmət edir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Qeyd edək ki, təkcə Bakı şəhərində 113 piyada keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü piyada keçidi, 72-si yeraltı piyada keçididir. Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 yeraltı və yerüstü piyada keçidi tikilərək istifadəyə verilib. Hazırda ölkə üzrə avtomobil yollarında 9 ərazidə piyada keçidinin inşası davam etdirilir.

Bu son deyil. Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən sosialyönümlü iqtisadi inkişaf strategiyasının nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi daha da inkişaf edəcək, əhalinin yaşayış səviyyəsi daha da yüksələcək.

Ən çox oxunan