Bazar günü 25 Oktyabr 2020

QHT

“Pandemiya dövründə Gəncədə COVİD-19-la bağlı maarifləndirmə işlərinin aparılması və sosial dəstəyin göstərilməsi” layihəsinin icrası davam edir

Gülnar Fazilqızı - 12/09/2020

Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Pandemiya dövründə Gəncədə COVİD-19-la bağlı maarifləndirmə işlərinin aparılması və sosial dəstəyin göstərilməsi” layihəsini uğurla davam etdirir. Layihənin əsas məqsədi maarifləndirmə işini genişləndirməklə, gigiyenik və ərzaq yardımı göstərməklə COVİD-19-la mübarizə aparmaq, dövlət siyasətinə dəstək verməkdir.

Məqsədə nail olmaq üçün nəzərdə tutlan tədbirlərdən biri də “Zoom” üzərindən psixoloq iştirakı ilə  əvvəldən elan edilmiş görüşlərin keçirilməsi idi. LOQOS Psixoloji və Nitq İnkişafı Mərəzinin Gəncə filialının psixoloqu Taciyə Mehdisoyun iştirakı ilə müxtəlif vaxtlarada 5 görüş keçirilib. “Pandemiya dövründə ailələrdə yaranan psixoloji məqamlar”, “Pandemiyanın valideyn-övlad münasibətlərinə təsiri”, “Pandemiyanın insanların gələcək planlarına təsiri”, “Pandemiya dövründə xeyirxahlıq”, “Ailə dəyərləri və Pandemiyanın ailələdə yaratdığı fəsadlar” mövzularında keçirilmiş görüşlərdə 100-ə yaxın şəxs iştirak edib.

Görüşlərə Azərbaycanın müxtəlif bölgələrindən – Bakı, Sumqayıt, Gəncə, Şəki, Şəmkir, Qazax, Tovuz, İmişli, Ağcabədi, Hacıqabul, Şuşa, Quba, Astara, Şabran, Goranboy, Yevlax, Xırdalan və s. şəhər və rayonlarından iştirakçılar qatılıblar. İştirakçılara fərdi və kollektiv məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb. Görüşlərdə Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə və Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Abbasova-Veysəlova da iştirak ediblər.

Görüş iştirakçılarına sertifikatlar təqdim edilib.   

 

Photogallery

118917794 632060057682905 2591673781570093012 N 119007912 323867519036741 6291565848503594185 N 118924136 811644182976325 3924663071358419632 N