Şənbə 19 Sentyabr 2020

İdman

General Polad Həşimovun xatirəsinə həsr olunan mini-futbol yarışmasının final məhələsi keçirilib

Sənubər Göyüşqızı - 07/09/2020

“Şəhid General-mayor​ Polad Həşimov”un xatirəsinə həsr olunmuş həvəskarlar arasında keçirilən mini-futbol üzrə Gəncə şəhər çempionatının final mərhələsi baş tutub. Finalda​ 1-ci və 2-ci yerlər​ üçün "Acces Bank" QSC-nin Gəncə filialının və​ "Turan Bank" ASC-nin Gəncə filialının​ komandaları,3-cü və 4-cü yerlər üçün isə​"Bank Respublika" ASC-nin Gəncə filialının və​ "Rabitə Bank" ASC-nin Gəncə filialının komandaları mübarizə aparıblar.

I yeri "Acces Bank" QSC-nin Gəncə filialının komandası, II yeri "Turan Bank" ASC-nin Gəncə filialının komandası, III yeri isə "Bank Respublika" ASC-nin Gəncə filialının komandası tutub. Sonda qalib komandalar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən​ ​ kubok, diplom və hədiyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilməsini nəzərə alaraq, idman yarışı təlimatlara uyğun tamaşaçısız, sanitar və gigiyenik şərtlərə riayət edilməklə keçirilmişdir.. Tədbirlə bağlı Fotoşəkilləri əlavə edirik. Bizim tədbirləri mətbuatda işıqlandırdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Photogallery

118788926 3089780904404108 7386678100955060561 O 118850238 3089779681070897 4337588276128677929 O 118846095 3089781647737367 9084290220502897399 O (1) 118846095 3089781647737367 9084290220502897399 O 118932716 3089780314404167 6213074749316821718 O 118947718 3089780337737498 2109244475673771047 O 118729634 3089780977737434 5144224657947030457 O 118897002 3089779861070879 3543652219845396539 O

İdman

Hadisə