Gəncədə 'İnam və ümid' əlil uşaqlara dəstək İctimai Birliyi sosial aksiya keçirib
“İnam və ümid” əlil uşaqlara dəstək İctimai Birliyi 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkil etdiyi qrant müsabiqəsinin qalibi olub.
Bununla yanaşı,"COVİD - 19 pandemiyasına qarşı mübarizə ilə bağlı əlil və fiziki imkanları məhdud olan şəxslərin sağlamlığının qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkili" adlı layihənin icrasını edir.
Gəncədə həyata keçirilən layihə iki ay (06.07. - 07.09.2020 - ci il) müddətində davam edəcək. Layihə çərivəsində “İnam və ümid” əlil uşaqlara dəstək İctimai Birliyin ofisində“Əlil və fiziki imkanları məhdud olan şəxslərin sağlamlığını qorunması istiqamətində maarifləndirmə” mövzusunda onlayn konfrans keçirilib.
Birlik layihə çərçivəsində uşaqlıqdan əlil və fiziki imkanları məhdud olan şəxslərin sosial məsələlərinin həlli, cəmiyyətə inteqrasiyası, güzəşt və imtiyazlardan düzgün və səmərəli istifadə etmələri üçün onların və valideynlərinin (qəyyumların) maarifləndirilməsi istiqamətində fəaliyyəti ilə bağlı, hazırlıq dövründə karantin rejiminə riayət edərək, heç bir təmas qurmadan hədəf qrupundan olan şəxsləri onlayn, videokonfrans, whatsapp, telefon vasitəsi ilə məlumatlandıraraq, qarşıya qoyduğu məqsədə nail olub.
Birlik eyni zamanda koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı cəmiyyətimizin sağlamlığının qorunması istiqamətində "Biz birlikdə güclüyük" kampaniyasına hərtərəfli dəstək olur və öz fəaliyyətində ictimai qınaq və ictimai nəzarət metodlarına xüsusi önəm verir.
“İnam və ümid” əlil uşaqlara dəstək İctimai Birliyinin keçirdiyi Qrant Layihəsinin dövlət əhəmiyyətliyinin vacibliyini nəzərə alır. Birliyin fəaliyyəti daimi icra hakimiyyəti, sosial müdafiə, səhiyyə və digər dövlət qurumları ilə sıx əməkdaşlıq edir və istər karantin dövründə, istərsə də, adi iş rejimi şəraitində hər bir sağlamlığı məhdud şəxsilərin probleminin həlli istiqamətdə işlər görür.
19 avqust 2020-ci ildə monitorinq təşkil edərək,layihə iştirakçılarından seçilmiş 5 nəfərlik komissiyayaradaraq, gözlənilən nəticələr, onların qiymətləndirmə meyarları vəlayihənin icrasını qiymət meyarlarından qiymətləndirdik. Monitorinq bizə göstərdiki layihəmiz uğurlu alındı və qarşıya qoyulan məqsəd və vəzifələrə nail olundu.