Şənbə 19 Sentyabr 2020

Mədəniyyət

Gəncədə Ələkbər Seyfinin xatirə-barelyef lövhəsi bərpa edilib

Sənubər Qocayeva - 28/08/2020

Gəncədə Azərbaycanın Xalq artisti, Gəncə Dövlət Dram Teatrının inkişafında xüsusi xidmətləri olan Ələkbər Seyfinin xatirə-barelyef lövhəsi yenidən bərpa edilib.Barelyef şəhərdə aparılan abadlıq-quruculuq işləri zamanı binanın üzərindən götürülmüşdür. Bununla əlaqədar olaraq şəhər ziyalıları və teatr xadimləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramova və Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayevaya müraciət ediblər.

Niyazi Bayramovun tapşırığına əsasən yeni bir xatirə-barelyefi hazırlanaraq Ələkbər Seyfinin Gəncə şəhəri, Heydər Əliyev prospekti 301-309 ünvanında yaşadığı binanın önünə vurulub.  

Barelyef Gəncə Şəhər İcra Hakimiyyəti başıçının müavini Vəfa Abbasova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, teatrın əməkdaşı Anar Burcəliyev, habelə Ələkbər Seyfinin ailə üzvlərinin iştirakı ilə əvvəlki yerinə bərpa edilib.

Vəfa Abbasova bildirib ki, Azərbaycan xalqı minilliklərdən bəri yaratdığı maddi və mənəvi mədəniyyət abidələri ilə milli irsimizi dünya mədəniyyəti incilərindən birinə çevirməyi bacarıb. Bu gün də əcdadlarımızdan bizə qalmış bu möhtəşəm mirasın dünyaya tanıdılması, gənc nəsilə ötürülməsi və inkişaf etdirilməsi Prezident İlham Əliyevin və Birinci Vitse prezident Mehriban xanım Əliyevanın əsas məqsədlərindən biridir.

Daha sonra tədbir iştirakçıları yenidən xatirə-baralyef lövhəsinin bərpa olunduğu üçün  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova və  Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, yeni baralyefin müəllifi heykəltəraş Zöhrab Şərifovdur.

Photogallery

118522826 1689432561213773 8734343510675967175 N 118537390 313108579773418 8321482764238968054 N 118538659 3274146185966431 3741910279022251828 N 118651896 231329111561587 1800047932732131182 N

İdman

Hadisə