Şənbə 19 Sentyabr 2020

Mədəniyyət

Prezident İlham Əliyev Fikrət Qocanı 'İstiqlal' ordeni ilə təltif edib

GanjaNews - 25/08/2020

F.G.Qocayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) “İstiqlal” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 avqust 2020-ci il.

İdman

Hadisə