Bazar günü 25 Oktyabr 2020

QHT

Şuranın dəstəyi ilə Gəncədə yardım mərkəzi fəaliyyətini davam etdirir

Gülnar Fazilqızı - 24/08/2020

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə elan etdiyi müsabiqədə “Təmas” Regional İnkişaf İctimai Birliyinin “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi" layihəsinin icrası davam edir.

Layihənin məqsədi Azərbaycanın qərb bölgəsində  insan alveri qurbanları və potensial qurbanlara mütəmadi yardımların təmin olunması  “İnsan alveri qurbanları  və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagının)”  fəaliyyətiin dəstəklənməsidir

Layihənin rəhbəri Südsabə Məmmədova   məlumat verdi  ki, xüsusən ölkəmiz üçün bu çətin dövrdə Şura tərəfindən sığınacağın dəstəklənməsi çox vacibdir. Layihə artıq ikinci aydır ki,  icra olunur.  Layihənin icrası dövründə  Mərkəzdən (sığınacaqdan )  70 nəfər qadın və uşaq yararlanmışdır.  Bundan 4   nəfər  insan alverinin qurbanı,  66  nəfəri isə  insan alverinin potensial qurbanları olmuşlar. Onlardan  34  nəfəri qadın,  36  uşaq olmuşlar (18 qız, 18 oğlan). Bununla yanaşı 150-nəfərdən çox qadın və uşaq Mərkəzdə göstərilən müxtəlif  xidmətlərdən yararlanmışdır.

Məlumdur ki, ölkədə artıq xeyli müddətdir ki, xüsusi karantin rejimi elan olunmuşdur. Bununla bağlı sakinlər mütəmadi məlumatlandırılır. Xüsusi vəziyyəti nəzərə alaraq sığınacaq sakinlərinin  təhlükəsizliyini qorumaq üçün  onlar dezenfeksiyaedici materiallar,  spirt tərkibli məhlullar və maskalarla təmin edilir.