Cümə günü 18 Sentyabr 2020

Cəmiyyət

Müşfiq Cəfərov karantin qaydalarına əməl edərək vətəndaşları qəbul edib

Gülnar Fazilqızı - 13/08/2020

Gəncədən seçilən Milli Məclisin deputatı Müşfiq Cəfərov karantin qaydalarına əməl edərək vətəndaş qəbulu keçirib. Qəbula gələn insanlar məişət problemləri ilə yanaşı müxtəlif mövzularda müraciətlər də ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb.

Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.

Seçicilərin fərdi və ümumi problemləri dinləndikdən sonra həlli istiqamətində lazımı dövlət strukturlarına müraciətlər ünvanlanması qərara alınıb. Ümumiyyətlə, deputat Gəncə şəhərinin sosial-ictimai həyatındakı məsələlərə həmişə diqqətlə yanaşır və problemlərin həllinə çalışır.

Qaldırılan məsələlərlə bağlı Müşfiq Cəfərov tərəfindən müvafiq təşkilatlara mütamadi olaraq müraciətlər edilir.

Photogallery

82dvsd6zvsz6d Sf2bvd5fb62dx

İdman

Təhsil