Şənbə 19 Sentyabr 2020

Cəmiyyət

Gəncədə könüllülər tərəfindən sosial aksiya keçirilib

Sənubər Göyüşqızı - 13/08/2020

Gəncədə koronavirus pandemiyasına qarşı maarifləndirmə məqsədilə könüllülər tərəfindən növbəti sosial aksiya təşkil edilib.

Sosial aksiyada 'Bir könüllü' , Aqrar İnkişaf Könüllüləri, F1(formula 1) və TGT qruplarının könüllülərindən ibarət 16 gənc iştirak edib.  Onlar yeraltı keçidlərin giriş çıxış xətləri, banklar və sıx yerlərdə stikerlər (Bir-birimizi qoruyaq, məsafə saxla və s.) yapışdırıblar, tibbi maska və əlcəklər paylayaraq koronavirus (COVİD-19)  pandemiyasına qarşı mübarizədə qaydalara riayət olunması barədə sakinləri məlumatlandırıblar.

Qeyd edək ki, Gəncədə pandemiya dövründə bu tip aksiyalar mütamadi olaraq keçirilir. 

Photogallery

IMG 20200811 WA0276 IMG 20200811 WA0277 IMG 20200811 WA0281

İdman

Hadisə