Cümə günü 18 Sentyabr 2020

Cəmiyyət

Gəncədə Comərd Qəssab türbəsinin ətrafında abalıq işləri aparılacaq

Sənubər Qocayeva - 13/08/2020

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığı ilə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov, şəhərin baş memar vəzifəsini icra edən Elxan Məmmədov və digərləri Natəvan -2 adlanan əraziyə baxış keçiriblər. Məsələ ilə əlaqədar olaraq ərazidə Gəncəçay məcrasının tikinti tullantılarının daşınması və abadlaşdırılması barədə müvafiq tapşırılqar verilib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev ərazidə yaşayan sakinlərlə görüşərək bildirib ki, şəhər rəhbərinin tapırığına əsasən tarixi abidənin, ətrafında abadlıq işləri aparılacaqdır. O qeyd edib ki, Comərd Qəssab türbəsi memarlıq üslubunda hasarlanması barədə razılaşdırılmış layihənin hazırlanması ilə bağlı şəhərin baş memarına müvafiq tapşırıqlar verilib. Səməd Tomuyev vətəndaşlarımızında ətraf mühitə diqqətli olmağı və ərazinin təmiz saxlanılmasını tövsiyyə edib.

Qeyd edək ki, Comərd Qəssab türbəsi Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. XX əsrin 60-ci illərində türbə dağıdılıb, uzun müddət uçulmuş və baxımsız vəziyyətdə qalıb. 2004-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Comərd Qəssabın məzarını və məzarüstü türbəsinin bərpa işlərinə başlanılıb. Abidənin bərpası zamanı Naxçıvan şəhərindən gətirilmiş qədim dövrün kərpicləri istifadə edilib.

Photogallery

2ee0fe8b F7eb 4c39 8366 02ad293e0456 41d80bba 1544 4d41 A881 0d22b4a0383a 09898d1b E3db 4310 Bdc2 0cb4e7f9ce01

İdman

Təhsil