Şənbə 19 Sentyabr 2020

Cəmiyyət

Gəncədə 'Gənclik Günü' adlı onlayn görüş keçirilib

Sənubər Göyüşqızı - 13/08/2020

Gəncə Gənclər evi pandemiya dövründə öz fəaliyyətini onlayn olaraq davam etdirməkdədir.

Həftəlik və aylıq tədbirlər planı çərçivəsində tədbirlər və dərslər həyata keçirilir, eyni zamanda onlayn olaraq gənclərlə görüşlər hazırlanır. 12 Avqust tarixində isə "Beynəlxalq Gənclər Günü"nə həsr edilən "Gənclik Günü" adlı növbəti onlayn görüş keçirilib.

Görüşü çıxış sözü ilə açan  Gəncə Gənclər Evinin rəhbəri Amil Qurbanov gənclərimizi və iştirakçıları Beynəlxalq Gənclər Günü münasibəti ilə təbrik  edib və pandemiya dövründə fəaliyyətlərdə yaxından iştirak edən gənclərə təşəkkürünü bildirib. Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda ölkəmizdə yaradılan şərait gənclərimizin inkişafı üçün vacib amillər olaraq vurğulanıb. Gənclərimizin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edərək layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalarının vacibliyi qeyd olunub. Tədbirin formatı gərəyi gənclər gününü onların öz dillərindən dinləmək  gənclər üçün vacib əhmiyyət kəsb edir.

Gənclər və tədbir iştirakçıları fikirlərini təbrik və təşəkkürlərini,onlayn görüşlərin çox olmasını qeyd ediblər. Onlayn görüş 50-dən çox gəncin iştirakı ilə baş tutub. 

 

Photogallery

117534537 345364553198631 7494238626141226939 N 117348959 2621583268107899 7938004348142360073 N 117633058 305543074119742 6305916211504544934 N

İdman

Hadisə