Cümə günü 18 Sentyabr 2020

Siyasət

Müşfiq Cəfərov: 'Dövlətimizin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğısı davamlı və çoxşaxəli xarakter daşıyır'

Gülnar Fazilqızı - 10/08/2020

Uzun illərdir ki, müharibə şəraitində yaşayırıq. 1988-ci ilin fevralından başlanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi işğalçı ölkənin məkrli niyyəti üzündən hələ də həll olunmamış qalır. Bu gün müstəqil Azərbaycan müharibə nəticəsində qaçqın və məcburi köçkünlərə, müharibədə şəhid olan hərbçilərimizin və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Azərbaycanda məcburi köçkün ailələrinin evlə təmin olunması davamlı şəkildə icra edili

Bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat fiziki sağlamlığını itirən müharibə əlilləri üçün ölkəmizdə hər cür lazımi şərait yaradıldığını diqqətə çatdırıb: “Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin qanunlara edilən dəyişikliklərlə mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gəldikdə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin həssas qrupdan olan vətəndaşlara diqqət və qayğısı göz önündədir”.

M.Cəfərovun sözlərinə görə, hələ 1997-ci ildən başlayaraq dövlətin diqqət və qayğısı sayəsində respublikanın şəhər və rayon mərkəzlərində çoxmərtəbəli yaşayış binaları, kənd yerlərində isə fərdi yaşayış evləri inşa olunaraq mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri, həmçinin 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin istifadəsinə verilib. Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür.

Deputat qeyd edib ki, dövlətimizin başçısının müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq həyata keçirilən dövlət siyasəti vətəndaşların məmnunluğuna xidmət edir. Ölkənin dinamik iqtisadi inkişafı fonunda əhalinin bütün təbəqələri, xüsusilə də şəhid ailələri üçün sosial paketlər, dəstək proqramları hazırlanıb həyata keçirilir və proqram paketləri getdikcə genişləndirilir.

Onun sözlərinə görə, son illərdə dövlətimizin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə əlverişli şərait yaradıb. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir ki, onların ailələri də bu sığortadan yararlana bilsin. Bütövlükdə respublikamızda dövlətin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğısı davamlı və çoxşaxəli xarakter daşıyır.

“Ən təqdirəlayiq hal isə pandemiya dövrü olmasına baxmayaraq, dövlət tərəfindən şəhid ailələri və müharibə əlillərinə qayğı proqramının daha da genişləndirilməsidir. Belə ki, 2020-ci il üçün onlara 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Artıq bu mənzillərdən 554-ü sahiblərinə təqdim edilib”, - deyə Müşfiq Cəfərov vurğulayıb.

İdman

Təhsil