Cümə günü 18 Sentyabr 2020

Sosial

Gəncədə bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər təqdim olunub

Gülnar Fazilqızı - 06/08/2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində yeni yaşayış binasından alınmış 15 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Təqdimetmə mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər rəsmilər iştirak ediblər. 15 mənzildən mənzildən 11-i şəhid ailələrinə, 4-ü isə Qarabağ müharibəsi əlillərinə verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Prezident İlham Əliyevin sosial sahəyə, əhalinin həssas qruplarına xüsusi qayğı göstərdiyini vurğulayıb, sosial müdafiə proqramlarının ildən-ilə genişləndirildiyini qeyd edib. Nazir müavini bildirib ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə həmin göstəricidən 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev həmin kateqoriyadan olan vətəndaşlara verilib.

2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub ki, onlardan da 554 mənzil artıq öz sahiblərinə təqdim olunub. Ümumilikdə isə indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.  

Müharibə əlillərinin avtomobillə təminatı işlərinin də davam etdiyini bildirən Hidayət Abdullayev bu kateqoriyadan olan vətəndaşlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verildiyini qeyd edib.

2020-ci ildə müharibə əlillərinə 400 avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan da 150 artıq sahiblərinə təqdim olunub. Ümumilikdə isə indiyədək 6900 avtomobil müharibə əlillərinə təqdim edilib.

Mənzillə təmin olunan şəhid ailələrindən biri də Azərbaycanın Milli Qəhrəmanı Elbrus Allahverdiyevin ailəsidir.

Tədbirdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri daim dövlətin qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, bu gün yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

İdman

Təhsil