Cümə günü 18 Sentyabr 2020

Cəmiyyət

Gəncə şəhər MKTİB vətəndaşların müraciətlərinə diqqətlə yanaşır

Sənubər Qocayeva - 06/08/2020

MKTİB-nin Təmir-bərpa və tikinti şöbəsinin əməkdaşları tərəfindən şəhərin bir neçə yaşayış binalarının nodanlarındakı nasazlıqlar aradan qaldırılıb. Təmir-bərpa işləri vətəndaşların müraciətlərinə əsasən həyata keçirilib.

Belə ki, Təbriz küçəsi, bina 94 B-də yaşayan Aydın Kərimzadənin rəsmi müraciəti əsasında həmin binanın nodan xəttində təmir işləri aparılıb. Yeni Gəncə yaşayış massivində yerləşən 13 saylı binana olan anoloji problem isə həmin binanın sakini Şuriyə Əliyevin rəsmi müraciətindən sonra aradan qaldırılıb. MKTİB-nin təmir-bərpa şöbəsinin əməkdaşları qeyd edilən ərazilərdəki çoxmənzilli yaşayış binalarına baxış keçirib, yaranmış problemlərin qısa müddət ərzində aradan qaldırılması istəqamətində iş aparılıb.


MKTİB sakinlərin müraciətlərinə diqqətlə yanaşır və bu yöndə aparılan işlər davam etdirilir.

Photogallery

IMG 20200805 100827 IMG 20200805 113333 IMG 20200805 095440

İdman

Təhsil