Cümə axşamı 6 Avqust 2020

Cəmiyyət

Gəncədə 'LİDERLİK' Vebinarı keçirilib

Sənubər Göyüşqızı - 01/08/2020

Vebinar "Gəncə Gənclər Evi və LB Group"-un təşkilatçılığı və Akbarly Groupun tərəfdaşlığıilə baş tutub.

Vebinarı "Ən yaxşı Natiq" layihəsinin rəhbəri, Təlimçilik akademiyasının müəllimi Fidan Akbar Qarayeva keçirib.

Təlimdə “Lider necə olmalıdır?”, “Liderliyə  doğru gedən yolda uğurlu olmaq” mövzuları müzakirə edilib. Fidan Akbar Qarayeva Liderliyin xüsusiyyətləri, insanın şəxs kimi formalaşmasında  cəmiyyətin rolu, davranış qaydalarının liderliyə təsirindən və s. mövzulara toxunub. O, Təlimçi olaraq inkişaf etmək istəyən gənclərimizə  təlimçilik və təqdimat bacarıqları, auditoriya qarşısında çıxış etmək üçün davamlı çalışmaq, əzm, səbr, iradənin vacibliyi bildirib.

Gənclər tərəfindən bəyənilən və uğurla baş tutan vebinarda 206 nəfərdən artıq gənc iştirak edib.

Photogallery

116708443 614978909127691 3023796847170546294 N 116720620 577131866301918 5711212999609186581 N 116798262 749771282525028 2851066343373234786 N

Hadisə