Cümə axşamı 6 Avqust 2020

Cəmiyyət

Gəncədə “Erasmus PLUS və Beynəlxalq Könüllülük' mövzusunda onlayn tədbir keçirilib

Sənubər Qocayeva - 01/08/2020

Gəncə Gənclər evi pandemiya dövründə öz fəaliyyətini onlayn olaraq davam etdirməkdədir

Həftəlik və aylıq tədbirlər planı çərçivəsində tədbirlər və dərslər həyata keçirilir, eyni zamanda onlayn olaraq gənclərlə görüşlər hazırlanır. Bu səpkidə görülən işlərdən biridə "Gəncə Gənclər Evi və LB Group" platformasının birgə təşkilatçılığı ilə keçirilən  “Erasmus+ və Beynəlxalq Könüllülük" tədbiridir. Vebinar 2019-cu il Gənclər sahəsində xüsusi fəallığına görə  Prezident Mükafatına layiq görülən Hüseynxan Hacızadə tərəfindən keçirilib. 

Hüseynxan Hacızadə Vebinar zamanı İşsizlik, Beynəlxalq Könüllülüyün gəncliyə qazandırdığı uğurlardan danışıb. Vebinarda EVS-Könüllülük proqramına qeyd,  müraciət qaydaları, Gənclik mübadiləsi proqramları və Erasmus layihələri  haqqında ətraflı məlumat verilib. Hüseynxan  xaricdə könüllü olaraq iştirakın praktiki təcrübə qazandırması, motivasiya və özgüvənin inkişafında rolunun vacibliyini gələcəkdə karyera imkanlarında müsbət töhfə verməsindən söz açıb.

Görüşdə gənclərin sualları cavablandırılıb. Onlar növbəti günlərdə belə seminarların çox olmasını arzulayıblar. Qeyd edək ki, onlayn tədbirdə 140 nəfərdən artıq gənc iştirak edib.

 

 

Photogallery

116703225 332180931139481 4158533103608460687 N 116878225 2347431778897295 9108332456196227755 N

Hadisə