Bazar ertəsi 10 Avqust 2020

Təhsil

ADAU 'UI Green Metric' beynəlxalq reytinqində yer alıb

Surxay Məmmədzadə - 24/07/2020

Dövlətimizin aqrar təhsilə qayğısı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aparılan işlər, onun infrastrukturunun tamamilə yenidən qurulması, rəqabətə davamlı mütəxəssis hazırlığı, beynəlxalq əlaqələrin genişlənməsi özünü digər göstəricilərlə yanaşı təhsil müəssisəsinin beynəlxalq reytinq cədvəllərində yer almasına səbəb olur.

Aparılmış işlərin uğurlu nəticələrindən biri kimi ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəlini hazırlayan təşkilatlardan biri-«UI Green Metric»in qiymətləndirilməsində universitetin adının yer almasını göstərmək olar. Dünya universitetlərinin təşkilat tərəfindən aparılmış sonuncu qiymətləndirmələrinin nəticələrinə əsasən ölkəmizin 3 ali təhsil müəssisəsi-Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetinin adı reytinq siyahısına düşmüşdür.

http://greenmetric.ui.ac.id/country-list2019/…

Qeyd edək ki, reytinq cədvəlinə Vaqeninqen Universiteti, Oksford Univeristeti, Kaliforniya Universiteti başçılıq edir.«UI GreenMetric» beynəlxalq reytinqində yaşıl şəhərciklərin salınması, bərpa olunan enerji mənbələri, iqlim dəyişkliklərinə qarşı qabaqlayıcı tədbirlərin hazırlanması, tullantıların təkrar emalına dəstək kimi tədbirlərin təşkil olunma sayı əsas meyarlar kimi qəbul olunur.

Photogallery

115851830 3254748457951420 3552484174852676748 N 115688009 3254748407951425 7628627897709585458 O

Hadisə