Bazar günü 25 Oktyabr 2020

QHT

'Həssas icmalarda ictimai maarifləndirmə, peşəkar hüquqi yardım və məhkəmədə müdafiə' adlı təşəbbüs yekinlaşıb

Gülnar Fazilqızı - 15/07/2020

Təşəbbüsün məqsədi xüsusən həssas icmalarda yaşayan vətəndaşların iştirakçılıq bacarıqlarının gücləndirilməsi, bu istiqamətdə səmərəli təşviqat və ictimai vəkillik işinin təşkili idi.

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və  Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində Qərb bölgəsində "Həssas  icmalarda ictimai maarifləndirmə, peşəkar hüquqi yardım və məhkəmədə müdafiə" adlı təşəbbüs yekunlaşmaq üzrədir.

Təşəbbüsün rəhbəri Südabə Məmmədova qeyd etdi ki, fəaliyyət  9 ay müddətində 3 istiqamətdə həyata keçirildi. Fəaliyyətdən haqqında məlumatı özündə ehtiva edən 1000 buklet çap olundu. Qaynar xətt və hüquqi yardım fəliyyətlərini həyata keçirmək üçün təşəbbüsün icrasına 2 hüqüqşünas cəlb edildi.

Göygöl, Şəmkir rayonlarında müvəqqəti məskumlaşmış köçkün icmalarında  maarifləndirmə görüşləri təşkil olundu, bukletlər paylandı. Görüşlərdə 150 nəfərdən çox qadın iştirak etdi. 60 nəfərdən çox  məcburi köçkünə yerində  səyyar hüquqi yardım göstərildi.

Təşəbbüs çərçivəsində təşkil olunmuş qaynar xətt xidməti vasitəsilə 500 nəfərdən çox vətəndaşa hüquqi məsləhətlər verildi.

Zorakılıqdan əziyyət çəkən, aztəminatlı ailədən olan, öz hüququnu müdafiə edə bilməyən 29  vətəndaş orderlə təmin olundu məhkəmədə hüquqları müdafiə edildi.

Qeyd edək ki, bu təşəbbüs “Təmas” RİİB-nın sədri    Südabə  Məmmədova  tərəfindən icra olunurdu. Qaynar xətt, pulsuz hüquqi yardım  və məsləhət xidməti təşkilatın ofisində həyata keçirilirdi.