Bazar ertəsi 10 Avqust 2020

Cəmiyyət

Niyazi Bayramov yağışdan ziyan çəkmiş ərazilərdə olub

Gülnar Fazilqızı - 12/07/2020

Xəbər verdiyimiz kimi, ötən gün, yəni 11 iyul 2020-ci il tarixdə, səhər saatlarından yağan güclü yağış Gəncədə bir sıra fəsadlar törədib. Gəncənin Məhsəti qəsəbəsi və Gülüstan yaşayış massivində yağış suları evlərin zirzəmisinə dolub və həyətləri su basıb. Yaranmış problemin həlli istiqamətində aidiyyatı qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları gün ərzində sözügedən ərazilərdə evlərin zirzəmilərinə dolan suyun çəkilməsi istiqamətində iş aparıblar.

Gecə saatlarında yenidən yağmağa başlayan güclü yağış işin gedişatına maneə törədib. Bununla belə aidiyyatı qurumlar fəaliyyətlərini davam etdiriblər.

İyulun 11-dən 12-sinə keçən gecə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, müavinləri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, “Azərsu” ASC-nin və FHN-nin mümayəndələri yağışdan ziyan çəkmiş ərazilərdə olublar. Mövcud vəziyyət və işlərin gedişatı ilə maraqlanan şəhər rəhbəri,  fəsadların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyyələrini verib.

Qeyd edək ki, yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Evlərə və həyətlərə dolan sular FHN-nin xüsusi qurğuları vasitəsi ilə çəkilir. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları da işlərə cəlb olunublar. Güclü yağışın yol açdığı fəsadlar tam aradan qaldırılanadək aidiyyatı qurumlar öz fəaliyyətlərini fasiləsiz davam etdirəcəklər.

Photogallery

WhatsApp Image 2020 07 12 At 11.23.21 WhatsApp Image 2020 07 12 At 11.23.22 (1) WhatsApp Image 2020 07 12 At 11.23.22 WhatsApp Image 2020 07 11 At 21.20.05 WhatsApp Image 2020 07 12 At 11.23.25 WhatsApp Image 2020 07 12 At 11.23.21 (1)

Hadisə