Bazar ertəsi 10 Avqust 2020

Cəmiyyət

“Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda silsilə təlimlər davam edir

Gülnar Fazilqızı - 11/07/2020

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə “Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda silsilə təlimlər təşkil edir. Ölkəmizdə tədbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun olaraq onlayn şəkildə keçirilən təlimlərdə yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri yer alır. Növbəti təlimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Gəncə şəhər Kəpəz bələdiyyəsinin sərdi Yaşar Abdullayev və Gəncə şəhər Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova onlayn təlimdə çıxış edib. O bildirib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Bu gün isə müstəqil Azərbaycanda qadınlarının cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. O qeyd edib ki, son illərdə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrdə təmsil olunan qadınların sayı artıb. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində qadınların iştirakı çox zəif olsa da, hər növbəti seçkidə bələdiyyələrdə onların mövqeyi möhkəmlənməyə başlayıb. Təcrübə isə göstərir ki, sosial problemlərin əksəriyyəti qadınlarla bağlı olan problemlərdir. Buna görə də, yerli özünüidarəetmə orqanlarında qadınlara etimad göstərilməsi həm də həmin ərazidə yaşayan qadınlar üçün yeni bir ümid yeri ola bilər. Son illərdə yerli özünüidarəetmə orqanlarında qadınların iştirakının artması bu baxımdan da müsbət dəyərləndirilir.

Təlimdə Gender Bərabərliyinə dair Dialoqun təşviqi üçün gender problematikasının təhlili, yerli hakimiyyət orqanlarının fəaliyyət planlarına gender bərabərliyinin daxil edilməsinin “SWOT” təhlili, yanaşma və strategiyası, gender-həssas göstəricilər və digər mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, cari il ərzində bütün regionları əhatə etməklə davamlı olaraq keçiriləcək.

Photogallery

WhatsApp Image 2020 07 09 At 14.40.28 WhatsApp Image 2020 07 09 At 14.40.53

Hadisə

Cəmiyyət