Bazar ertəsi 10 Avqust 2020

Cəmiyyət

Gəncədə “COVİD-19”-a qarşı görülən təbirlər müzakirə edilib

Gülnar Fazilqızı - 08/07/2020

Gəncə Şəhər İcra Hakimiyyətnin başçısı Niyazi Bayramov növbəti dəfə videokonfrans keçirib. Koronavirusa Qarşı Mübarizə Qərargahı üzvlərinin və inzibati ərazi dairə nümayəndələrinin iştirak etdiyi videokonfransda koronavirus pandemiyası ilə əlaqədar Gəncədəki mövcud vəziyyət müzakirə olunub.

Niyazi Bayramov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Gəncə də daxil olmaqla ölkənin bir neçə şəhər və rayonunda sərtləşdirilmiş karantin rejimi tədbiq olunur. Gəncədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər isə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırıqlar nəzərə alınaraq, Gəncədə bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilib.

Videokonfrans iştirakçıları hesabat xarakterli çıxışlarında görülən işlər barədə məlumat veriblər. Qeyd olunub ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının şəhər ərazisində geniş yayılmasının  qarşısının alınması istiqamətində görülən tibbi-profilaktiki və maarifləndirmə tədbirləri davam etdirilir. Şəhərin küçə və prospektlərində, qəsəbələrində, çoxmənzilli yaşayış binalarında xüsusi qrafik üzrə aparılan dezinfeksiya işləri gücləndirilmiş qaydada həyata keçirilir. Şəhər rəsmilərinin iştirakı ilə Gəncənin müxtəlif ərazilərində maarifləndirmə xarakterli reydlər təşkil olunur, sakinlərlə profilaktiki söhbətlər aparılır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Koronavirusa Qarşı Mübarizə Qərargahının tərkibində yaradılan mobil qruplar da yerlərdə öz fəaliyyətlərini davam etdirirlər. Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən reydlər təşkil olunur, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində qanunamüvafiq formada tədbir görülür.

Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu bildirən Niyazi Bayramov, karantin rejiminin tələblərinin icra edilməsi ilə əlaqədar  İƏD üzrə nümayəndələrə, o cümlədən mobil qrupların üzvlərinə ciddi tapşırıqlar verib.

Photogallery

18.40.29+ 18.39.28+ 18.59.40+ 18.39.27+ 18.40.37+ 18.41.43+

Hadisə