Bazar ertəsi 10 Avqust 2020

Cəmiyyət

Gəncənin qəsəbələrində də dezinfeksiya işləri aparılır

Surxay Məmmədzadə - 01/07/2020

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülür. Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır. Gəncədə də bu işlər geniş vüsət alıb. Belə ki, şəhərin küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir.

Bu gün isə dezinfeksiya işləri şəhərin "Sevinc" və "Natəvan" adlanan qəsəbələrində aparılıb. Qəsəbələrin küçələri və fərdi yaşayış evlərinin həyətyanı əraziləri xüsusi məhlulla dezinfeksiya edilib.

Ümumiyyətlə isə gündəlik aparılan dezinfeksiya işləri şəhərin mərkəzində yerləşən küçələri, əhali sıxlığı təşkil edən bütün əraziləri, o cümlədən, Cavad xan küçəsini, xan bağını, açıq hava idman qurğularını, poçt şöbələrinin, bankların, bankomatların qarşısını, yaşayış binalarının girişlərini, parkları, bulvarı, istirahət məkanlarının ərazilərini əhatə edir.

Photogallery

106423939 2632894123645441 5205937383931855526 N 106620823 2632894710312049 7470581040957778988 N 106713299 2632894493645404 8519084337631794566 N 106898789 2632894266978760 4316297237969471841 N 106228008 2632894993645354 7505986854709294738 N 106333628 2632894883645365 3202721672649472487 N

Hadisə

Cəmiyyət