Cümə axşamı 1 Oktyabr 2020

Cəmiyyət

Gəncə gəncləri şəhidlərimizin xatirəsini yad ediblər

Sənubər Göyüşqızı - 01/07/2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına uyğun olaraq “Biz birlikdə güclüyük” şüarını rəhbər tutan gənclərin reallaşdırdıqları, şəhidlərimizin xatirəsinə hörmət və ehtiramın ifadəsi olan aksiya ölkəmizin müxtəlif şəhər və rayonlarında davam etdirilib.

Azərbaycan Gənclərinin Əlaqələndirmə Mərkəzindən bildiriblər ki, vətəndaşların əksəriyyətinin, o cümlədən şəhid ailələrinin üzvlərinin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində evdə qaldığı bir dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyatlarını fəda etmiş qəhrəmanlarımızın məzarlarına baş çəkən gənclər şəhidlərimizin qəbirlərinin ətrafını təmizləyib, ərazini səliqəyə salıblar.

Gənclər bu nəcib hərəkətləri ilə şəhidlərin xatirəsini hər zaman əziz tutduqlarını, hazırkı mürəkkəb epidemioloji dövrdə onların ailələrinin qayğılarına şərik çıxdıqlarını və vətəndaşlıq borclarını layiqincə ödəməyi həyat amallarına çevirdiklərini nümayiş etdiriblər.

Photogallery

15935222204610436292 1000x669 15935222202241516723 1000x669 15935222206163428758 1000x669