Cümə günü 18 Sentyabr 2020

Cəmiyyət

ADAU və “Aqro Dairy” MMC-nin rəhbərləri arasında onlayn müzakirə keçirilib

Surxay Məmmədzadə - 29/06/2020

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və “Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev arasında onlayn müzakirə keçirilib.

Mütəxəssislərin iştirakı ilə keçirilən görüşün məqsədi 2020-ci ilin iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Samuxdakı “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olarkən Aqrar Universitetlə birgə regional tədris mərkəzinin yaradılmasına dair tapşırığının icrası ilə əlaqədar qarşıda duran vəzifələrin müzakirəsi olub. Görüşdə yaradılacaq regional tədris mərkəzinin fəaliyyət istiqamətləri, tətbiq olunan texnologiyaların, əldə olunan təcrübələrin yayılması, tələbələrin praktik bilik və bacarıqlarının artırılması, universitetin kadr potensialının, maddi-texniki bazasının, laboratoriyalarının potensial imkanlarından istifadəyə dair fikir mübadiləsi aparılıb.

Photogallery

106479353 3185140064912260 8982537674338473926 N

İdman

Təhsil