Bazar günü 25 Oktyabr 2020

Səhiyyə

Gəncənin səhiyyə işçiləri mükafatlandırılıblar

Sənubər Göyüşqızı - 17/06/2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Gəncənin səhiyyə işçiləri də fəxri ad və medallara layiq görülüblər.

Siyahıda uzun illər Gəncə səhiyyəsində çalışan peşəkar həkim travmatoloq  Adil İbahimli və uroloq Zabit Quliyev də yer alıblar. Onlar ölkənin səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə  "Tərəqqi" medalı ilə təltif olunublar. Həmçinin, uzun illər peşəkar  tibb bacısı vzifəsində çalışan  Cəmilə Məmmədova da Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə   “Əməkdar tibb işçisi” adına layiq görülüb. 

Ganjanews.az kollektivi adından həkimlərimizi fəxri ad alması münasibətilə təbrik edir, onlara müvəffəqiyyətlər diləyirik!