Cümə axşamı 1 Oktyabr 2020

Hadisə

Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı

Sənubər Göyüşqızı - 01/06/2020

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb.

Gəncə şəhərindəki regional qrupundan "Report"a verilən məlumata görə,  dərhal polis əməkdaşları tərəfindən vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. F. Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Photogallery

612bea3d 1ca4 4a70 9f0d 1bedd55d3087 F392ebcb F802 4551 Bd6b 416a603b5a08 81ff30d2 E97f 4921 A464 84fbf401d81e