Çərşənbə günü 21 Oktyabr 2020

İqtisadiyyat

Asiya İnkişaf Bankı Azərbaycanın regionlarında fəaliyyətini davam etdirir

Sənubər Qocayeva - 29/05/2020

Azərbaycanda hazırda Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşən kreditlərin cəlb olunması ilə 3 layihə reallaşdırılır. Bankın ölkədəki aktiv portfelinə 6 texniki dəstək layihəsi bir neçə regional qrant daxildir.

AİB-in regional hədəf fondları tərəfindən üzən günəş elektrik stansiyası pilot layihəsi, ünvanlı sosial yardımın optimallaşdırılması sahəsində məsləhətlər, yığım pensiya sisteminin tətbiqi, eləcə də təhsil sektorunda dövlət-özəl tərəfdaşlığı layihəsinin idarə olunması, qida məhsullarının təhlükəsizlik standartları üzərində işləyən personalın potensialının inkişafı layihələri maliyyələşdirilir.

AİB-in layihələri əsasən Azərbaycanın regionlarının inkişafına yönəlib. Məsələn, bank Ucar-Zərdab (R32) və Yevlax-Şəki (M5) avtomobil yollarının bərpası layihəsinin maliyyələşdirilməsini dəstəkləyir.

Sumqayıt-Yalama xətti boyunca azı 14 dəmiryol stansiyası tikiləcək. Son zamanlarda layihənin bəzi obyektlərində tikinti işləri başlayıb.

Hazırda startapların inkişafı üçün ekosistemin təkmilləşməsi üzrə texniki dəstək layihəsi hazırlanır. “Asan Innoland” şirkəti ilə birgə AİB Gəncə və Şəkidə müxtəlif startapların dəstəklənməsi üçün texniki yardım vasitələrindən istifadə etmək niyyətindədir. Bu il bank, həmçinin Naxçıvan MR-da suvarma sisteminin və yüksək səviyyəli texnologiyaların tətbiqi imkanlarının tədqiqinə yönəlmiş yeni layihənin hazırlanmasına başlayacaq.