Bazar ertəsi 28 Sentyabr 2020

Cəmiyyət

Gəncədə xüsusi karantin rejimi ilə əlaqədar olaraq maarifləndirmə işləri davam edir

Sənubər Qocayeva - 27/05/2020

Gəncədə xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq əhali arasında maarifləndirmə işləri davam etməkdədir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq yaradılan mobil qrup üzvləri Nizami və Kəpəz rayon ərazilərində fəaliyyət göstərən bir sıra ticarət və iaşə obyektlərinə reyd ediblər.

Reyd zamanı sahibkarlara karantin rejiminin yumşaldılmasından sonra belə Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl edilməsinin önəmi bir daha vurğulanıb. Bildirilib ki, xidmət sahələrinin işçiləri karantin rejiminə uyğun olaraq  tibbi maska və əlcəkdən istifadəsi mütləqdir. Mobil qrup üzvləri sahibkarlara şəxsi qiqiyena ilə yanaşı işlədikləri xidmət sahələrinin də təmiz saxlanılmasını və dezinfeksiyaedici məhlullardan istifadə etmələrini xatırladıblar.

Eyni zamanda mobil qrup üzvəri sakinlər arasında da profilaktik söhbətlər aparıblar, vətəndaşları məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırıblar. Söhbət əsnasında Bank və ATM-lərin qarşısında sosial məsafənin qorunması, habelə sakinlərin qrup şəklində bir araya toplanmaması məsləhət görülüb. Həmçinin, sakinlərə tibbi maskalar paylanılıb.

Qeyd edək ki, qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.  

Xatırladaq ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Photogallery

49b5fa71 4f16 4deb 80f0 7d80b6e090f3 Ea87dec3 5cf7 4e48 B0fd 7a1e68dc599d D152b888 8c95 4033 86ba Edd4e343fff7 61252910 A792 4096 94e1 0d844f2449e0 Be668ded 6bd5 4cd4 8099 2679e22add53 C35dcb5f B1c1 478c B21b 623be1975774 1655f8d3 F2e1 4e4e A283 A6d7433f1941 D4208e75 6869 4534 8d17 7ef2aaedb70b