Cümə günü 10 İyul 2020

Təhsil

ADAU-nun rektoru MDB-də ali aqrar təhsil müəssisələrinin rektorlar şurasının onlayn iclasında iştirak edib

Surxay Məmmədzadə - 22/05/2020

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar şurasının onlayn iclasında “Karantin rejimi dövründə ADAU-da tədrisin təşkili və postkarantin dövründə qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.

Rektor məruzədə karantin rejimi dövründə koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, ADAU-da tədris prosesi, elmi tədqiqat işləri, aqrar məsləhət xidməti barədə məruzə edib.

Rektor təhsilin onlayn formada, o cümlədən ADAU TV və digər onlayn platformalar vasitəsilə aparılması, buraxılış kurs tələbələrinin yekun dövlət attestasiyası, istehsalat (diplomqabağı), habelə elmi tədqiqat və elmi pedaqoji təcrübələri, semestr imtahanları üzrə qiymətləndirmələr aparılması, magistr dissertasiya işlərinin müdafiəsinin təşkili barədə məlumat verib.

Tədbirdə Qazaxıstan Milli Aqrar Universiteti, Qırğızıstan Milli Aqrar Universiteti, Moldova Dövlət Aqrar Universiteti, Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyası, Moskva Dövlət Baytarlıq Təbabəti və Biotexnologiya Akademiyası, K.A.Timiryazev adına MKTA-Rusiya Dövlət Aqrar Universiteti, Ukrayna Bioresurslar və Təbiətdən İstifadə Milli Universiteti, Daşkənd Dövlət Aqrar Universiteti, Rusiya Dövlət Yerquruluşu Universiteti, Tacikistan Dövlət Aqrar Universiteti və digər ali təhsil müəssisələrinin rektorları və prorektorları iştirak ediblər.

Onlayn görüşdə postkarantin dövründə qarşıda duran vəzifələr, o cümlədən məsafədən təhsilin təşkili, müəllim və tələbələrin mübadiləsi, birgə elmi tədqiqat işləri və nəşrlər və digər məsələlərə dair müzakirələr aparılıb.

Photogallery

1590101441513214414 1000x669 1590101441629657018 1000x669 15901014411880221734 1000x669

Hadisə