Cümə axşamı 4 İyun 2020

Cəmiyyət

Azərbaycanda olan 760-a yaxın Gürcüstan vətəndaşına kömək göstərilib

Sənubər Qocayeva - 22/05/2020

Azərbaycanda müvəqqəti olan və yaşayan 758 Gürcüstan vətəndaşına kömək göstərilib.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Pandemiya dövründə Gürcüstanın Azərbaycandakı səfirliyi 728, Gəncədəki Baş konsulluğu isə 30 vətəndaşa yerində dəstək göstərib.

XİN-dən qeyd olunub ki, indiyədək Gürcüstan dövləti xarici ölkələrdə olan 20 957 vətəndaşa kömək göstərib, 12 192 vətəndaşın isə vətənə təxliyəsini təmin edib.

Hadisə