Cümə axşamı 4 İyun 2020

Cəmiyyət

Naqif Həmzəyev: 'DOST mərkəzləri sosial siyasətin məntiqi nəticəsidir'

Surxay Məmmədzadə - 21/05/2020

Ölkəmizdə sosial sahədə əldə olunan uğurlarda, pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək tədbirlərinin həyata keçirilməsində sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasının da öz payı var.

Vətəndaş məmnunluğunun təmin edilməsində, sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsində Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla sosial islahatlar proqramının əsas hədəfi kimi yaradılan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi bu sahədə nümunəviliyi ilə seçilir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Naqif Həmzəyev qeyd edib ki, “ASAN xidmət”dən sonra Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə innovativ xidmət növünün – DOST layihəsinin vətəndaşların ixtiyarına verilməsi ölkəmizdə sistemli şəkildə həyata keçirilən sosial siyasətin artıq ənənə halını aldığının göstəricisidir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin vətəndaşların ixtiyarına verilməsi davamlı olaraq həyata keçirilən həmin siyasətin məntiqi nəticəsidir. Eyni zamanda yeni DOST mərkəzinin istifadəyə verilməsi Azərbaycan vətəndaşının firavan yaşayışını və vətəndaş məmnunluğunu təmin edilməsi sahəsində atılan addımlardandır.

Ölkə Prezidenti yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın bu sahədə də liderlik göstərdiyini qeyd edib: “DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Artıq üçüncü mərkəz açılır və ilk açılan iki mərkəzin fəaliyyəti də çox uğurludur. Vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıbdır. Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.

Koronavirus pandemiyasının sərhədləri aşıb, keçdiyi ilk gündən Azərbaycan özünün gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Müsahibəsində Prezident İlham Əliyev Azərbaycanda koronavirusun qarşısının alınması ilə bağlı görülən işlərdən və həyata keçiriləcək tədbirlərdən danışarkən bildirdi ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Əks təqdirdə, biz səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməzdik. Əks təqdirdə, Qoşulmama Hərəkatının yekdil qərarı ilə, 120 ölkənin qərarı ilə sədr seçilməzdik.

2019-2021-ci illərdə Qoşulmama Hərəkatının sədri kimi fəaliyyət göstərən ölkə, dünya birliyinin məsuliyyətli üzvü kimi Azərbaycan diqqəti ümumi evimizin- planetimizin üzərinə qara kabus kimi çökən bəlanın öhdəsindən dünya ölkələrinin qarşılıqlı dəstək və birgə səyləri ilə gəlməyin yollarına yönəldib. Dövlətimizin başçısı Azərbaycanın pandemiyaya qarşı mübarizədə əldə etdiyi müsbət təcrübəni digər dövlətlərlə bölüşməyə hazır olduğunu da hər zaman diqqətə çatdırıb: “Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar. Bu günə qədər mən vətəndaşlardan gündə yüzlərlə məktub alıram. Yəni, pandemiyanın ilk günlərindən minlərlə məktub almışam və bütün bu məktublar təşəkkür xarakterli məktublardır. Çünki doğrudan da qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi. Yenə də hər şey müqayisədə ölçülür”.

Məhz indiki çətin və ağır dönəmdə Azərbaycanın özünü uğurla təsdiqləməsi, bütün problemləri aşması, dünyaya nümunə olması ölkə Prezidenti İlham Əliyevin uzaqgörənliyi və vaxtında verilmiş qərarları sayəsində əldə edilib. Vətəndaşlarının sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövləti üçün hər zaman prioritet məsələ olub. Dövlət Başçıısının qeyd etdiyi kimi: Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib”.

Hadisə