Cümə günü 5 İyun 2020

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrına ağır itki üz verib

Sənubər Qocayeva - 20/05/2020

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivinə ağır itki üz verib. Teatrın Musiqi hissə müdiri Mustafayeva Tünzalə Ələddin qızı ömrünün 65 ilində vəfat edib.

Bu barədə teatrın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib.

Onun sözlərinə görə, Mustafayeva Tünzalə Ələddin qızı 1955-ci ildə Gəncə şəhərində anadan olub. 1979-cu ildə M. Gəncəvi adına Gəncə Pedaqoji Texnikumunun “Musiqi” şöbəsini bitirib. 1979-cu ilin noyabr ayından 1994-cü ilin yanvar ayına kimi AKTA-nın tələbə klubunda “Bədii rəhbər” vəzifəsində çalışmış və burada “Xor” kollektivi yaradıb. 1994-cü ilin fevral ayından isə Gəncə Dövlət Dram Teatrında Musiqi hissə müdiri vəzifəsində çalışıb.

Bu müddət ərzində Tünzalə Mustafayeva bir çox yeni hazırlanan tamaşalara musiqi tərtibatı verib. "Səmimi həmkarımızın əziz xatirəsi hər zaman qəlbimizdə əbədi olaraq yaşayaçaq” – deyə Anar Burcəliyev bildirib.  

Allah rəhmət etsin!

Hadisə