Bazar günü 9 Avqust 2020

Təhsil

İbrahim Cəfərov gəncləri aqrar sektorun inkişafına töhfələr verməyə səsləyib

Surxay Məmmədzadə - 19/05/2020

Dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti sayəsində ölkə iqtisadiyyatının şaxələndirilməsində, onun neft və qaz amilindən asılılığının azaldılmasında, başlıca olaraq qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının ənənəvi və qeyri-ənənəvi sahələrinin inkişafında nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Əldə edilən uğurların davamlılığının, kənd təsərrüfatı sahəsinin bilikli, bacarıqlı və yüksək keyfiyyətli ali təhsilli kadrlarla təmin edilməsi üçün Aqrar Universitetinin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür.

Azərbaycan Dövlət Aqrar Universitetini hazırda nəinki respublikamızın, eləcə də Qafqaz regionunun, MDB və Şərqi Avropa ölkələrinin bu profil üzrə fəaliyyət göstərən ən mükəmməl elm-təhsil komplekslərindəndir. Universitetin rektoru, professor İbrahim Cəfərov bu il tələbə adını qazanmaq istəyən gənclərə müraciət ünvanlayıb.

Universitet haqqında ətraflı məlumat verən rektor gəncləri Azərbaycan Dövlət Aqrar Universitetini seçməyə və ölkəmizin aqrar sektorunun davamlı inkişafına töhfələrini verməyə səsləyib.

https://www.youtube.com/watch?v=9SMcZmLmh58&feature=emb_logo

Hadisə