Cümə günü 15 Yanvar 2021

Elm

AMEA-nın Gəncə Bölməsində koronavirusa qarşı tədbirlər həyata keçirilir

Sənubər Qocayeva - 14/05/2020

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” 2020-ci il 4 may tarixli sərəncamına əsasən akademiyanın Gəncə Bölməsində bir sıra tədbirlər həyata keçirilir.

Bölmənin işə cəlb edilmiş əməkdaşları xidməti vəsiqə ilə təmin olunub və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçiriliblər. Qurumun binasında koronavirusla bağlı məlumatlandırıcı lövhələr asılıb. Əməkdaşlara qoruyucu maska və əlcəklər, bölmənin kimyaçı alimləri tərəfindən hazırlanıb qablaşdırılmış dezinfeksiyaedici məhlullar paylanılıb.

Gəncə Bölməsinin binasına daxil olan insanların hərarəti yoxlanılır, mərtəbələrdə və zirzəmilərdə mütəmadi dezinfeksiya işləri aparılır.