Bazar günü 12 İyul 2020

İdman

Toğrul Əsgərov ən gənc olimpiya çempionları arasında ikincidir

Sənubər Qocayeva - 12/05/2020

Dünya Güləş Birliyi sərbəst güləş yarışlarında ən gənc olimpiya çempionlarının siyahısını tərtib edib. Cədvəldə gəncəli güləşçi Toğrul Əsgərovun da adı var. O, oyunlar tarixində ən gənc yaşda fərqlənən 15 pəhləvan arasında yer alıb.

2012-ci ildə 19 yaş, 10 ay, 25 günlüyündə London Olimpiadanın “qızıl” mükafatını qazanan Nizami yurdunun yetirməsi sıralamada ikinci pillədə qərarlaşıb. Toğrul 1984-cü il Los-Anceles olimpiadasının qalibi olan keçmiş yuqoslaviyanı təmsil edən Şaban Trstendən yalnız 3 ay, 16 gün geri qalıb. İdmançı karyerasına 2002-ci ildə başlayan Əsgərovun gənc yaşda qazandığı nailiyyətlər olimpiyadadan əvvəl də olub. O, 2008-ci ildə gənclər arasında Avropa birinciliyinin qalibi adını qazanıb. 2010-cu ildə isə 17 yaş 11 aylığında böyüklər arasında dünya çempionatına yollanıb. Bu kateqariyada debüt yarışında sərbəst güləşçi gümüş medala yiyələnib. 17 yaşında mundialın finalına çıxmaq heç də hamıya nəsib olmur. Daha sonra 2011-ci ildə yeniyetmələr arasında dünya kubokunun və dünya çempionatının qalibi olan Toğrul Əsgərov 1 il sonra kişilərin yarışında Avropa çempionluğunun sevincini yaşayıb. Və bu nailiyyətlə də fəxri kürsünün ən yüksək pilləsinə yüksəldiyi London Oyunlarına vəsiqə qazanıb. Hazırda 27 yaşı olan Toğrul həmçinin Rio Olimpiadasının gümüş mükafatını qazanmaqla yanaşı, Baku-2015 ilk Avropa oyunlarının qalibi adına da sahib çıxıb.

Hadisə