Cümə axşamı 4 İyun 2020

İqtisadiyyat

Birdəfəlik ödəmə alanların cins və yaş qrupları üzrə statistikası açıqlandı

Gülnar Fazilqızı - 06/05/2020

"Birdəfəlik ödənişlə təmin olunanlardan 55 faizi kişi, 45 faizi qadınlardır".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlar, 68 faizi respublikanın digər bölgələrinin sakinləridir.

Nazirin sözlərinə görə, həmin şəxslərdən 8 faizi 20 yaşa qədər, 42 faizi 20-30 yaş arası, 25 faizi 30-40 yaş arası, 14 faizi 40-50 yaş arası, 11 faizi 50 yaşdan yuxarı olanlardır.

Hadisə