Şənbə 19 Sentyabr 2020

İdman

'Kəpəz' 'Biz Birlikdə Güclüyük' aksiyasına qoşulub

Sənubər Qocayeva - 25/04/2020

“Kəpəz” Peşəkar Futbol Klubu Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşularaq “Biz Birlikdə Güclüyük” aksiyası çərçivəsində Gəncədə yardım sovqatları paylayıb.

Klub tərəfindən şəhərin müxtəlif ərazilərində yaşayan veteran futbolçular, həmçinin şəhid və aztəminatlı azarkeş ailələri gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı ilə təmin ediliblər.

Bağlamaların aparıldığı ünvanlarda koronavirus pandemiyasının yaratdığı çətin günlərdə və Ramazan ayında insanların xeyirxah işlərə can atmasının, bir-biri ilə yardımlaşmasının vacibliyi vurğulanıb. Belə həssas dönəmdə yaxınların, ehtiyacı olanların ziyarət edilməsi kimi bir çox mənəvi dəyərlərin daha çox ön plana çıxdığı bildirilib.

Ərzaq bağlamalarının müvafiq ünvanlara çatdırılmasında klubun əməkdaşları və əsas komandanın kapitanı Əli Səmədov xüsusi fəallıq nümayiş etdiriblər. Yardım alan ailələr bu çətin vəziyyətdə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Photogallery

94638834 3176179109072687 8242227594632626176 O 94676068 3176179479072650 8285079767540039680 O 94636583 3176180149072583 7144117036728188928 O 94655104 3176179002406031 6225405884093169664 O 94711968 3176178765739388 971017544993341440 O

İdman

Hadisə