Bazar ertəsi 28 Sentyabr 2020

Sosial

'Azmik Group' Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub

Sənubər Qocayeva - 23/04/2020

“Biz Birlikdə Güclüyük” aksiyası çərçivəsində Gəncədə daha 50 ailəyə yardım sovqatları çatdırılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Azmik” şirkətlər qrupu tərəfindən şəhərin müxtəlif ərazilərində yaşayan aztəminatlı ailələr və ahıl kimsəsizlər gündəlik ərzaq məhsulları ilə təmin olunublar.

Ərzaq bağlamalarının müvafiq ünvanlara çatdırılmasında Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının könüllü gəncləri həmişə olduğu kimi xüsusi fəallıq nümayiş etdiriblər. Yardım alan ailələr bu çətin vəziyyətdə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Photogallery

93974825 236578994320426 8815013139125895168 N 94517705 341001606864801 3605556338400165888 N 94102441 274645853560982 7985997460730281984 N