Cümə axşamı 4 İyun 2020

İdman

Gəncədə intellektual oyun üzrə online turnirin ilkin mərhələsi baş tutub

Gülnar Fazilqızı - 20/04/2020

Gəncədə “Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə fərdi online turnirinin ilkin mərhələsi keçirilib.

Online turnir Gənclər və İdman Baş İdarəsi, Gənclər Evi və Gəncə İntellektual Klubunun birgə təşkilatçılığı ilə reallaşıb.

Online təşkil olunan yarışda 10 gənc öz biliyini sınayıb. "Zoom" proqramı vasitəsilə keçirilən oyun ərzində 12 sual səsləndirilib. 3 mərhələdə keçirilməsi nəzərdə tutulan online yarışın ikinci mərhələsinə 4 xalla Toğrul Qurbanov, 2 xalla Yusif Bayramov və 1 xalla Zəfər Orucov keçə bilib. Növbəti II və III mərhələlərin qarşıdakı həftələrdə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən elan olunan xüsusi karantin rejimi qaydalarına uyğun olaraq, ölkə ərazisində kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. Bu səbəbdən də müəyyən tədbir və təşəbbüslərin “online” rejimdə həyata keçirilməsinə zərurət yaranıb. “Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə fərdi online turnir gənclərin asudə vaxtının səmərəli təşkilinə, o cümlədən onların intellektual səviyyəsinin artırılmasına xidmət edir. 

Photogallery

IMG 20200419 WA0072

Hadisə