Cümə axşamı 4 İyun 2020

Sosial

Gəncə İdman Klubu xeyriyyə aksiyası başladıb

Sənubər Qocayeva - 12/04/2020

Aksiya #evdəqal kampaniyası çərçivəsində həyata keçirilir.

Ölkəmizdə koronavirusla mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq dövlət qurumları, biznes strukturları, irili-xırdalı şirkət və sahibkarlar həmrəylik nümayiş etdirirlər. Həm dövlətimizin təşəbbüsünə, həm də aztəminatlı ailələrə dəstək olmaq məqsədi ilə Gəncə İdman Klubu da xeyriyyə aksiyasına start verib. Məqsəd Gəncədə yaşayan aztəminatlı ailələr və tənha ahıl şəxslərə ərzaq sovqatı paylamaqdır.

Bununla əlaqədar olaraq Gəncə İdman Klubunun üzvləri həmvətənlərimizə dəstək olmaq istəyən bütün imkanlı şəxslərə çağırış edirlər.

Aksiyada könüllü iştirak etmək istəyən bütün sahibkarlar və imkanlı şəxslər 070 205 05 06 nömrəsi ilə əlaqə saxlaya bilər.

Evdə qalsaq da xeyirxahlıqdan qalmayaq!

Hesab nömrəsi 5310463731371187

Email:gence-idman-klubu@mail

Hadisə