Cümə axşamı 28 May 2020

Cəmiyyət

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə baş çəkib

Sənubər Qocayeva - 10/04/2020

Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti və Nizami rayon Bələdiyyəsinin nümayəndələri ahıl və kimsəsiz vətəndaşlara dəstək olublar. Koronavirus pandemiyası ilə əlaqədar olaraq rayon ərazisində yaşayan, yaşı 65-dən yuxarı vətəndaşlara baş çəkiblər.

Sakinlərlə söhbət zamanı Nazirlər Kabineti yanında operativ qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq vətəndaşların evdə qalmaları tövsiyyə olunub. Nizami rayon ərazisində yaşayan, xüsusi qayğıya ehtiyyac duyan ahıl və kimsəsizlər 24 saat nəzarətdə saxlanılır və onların sosial qayğılarının aradan qaldırılması üçün daim köməkliklər göstərilir.

Gün ərzində davam edən aksiya zamanı 7 ailəyə yardımlar verilib. Ümumilikdə isə karantin dövrü ərzində rayon ərazisində 20-ə yaxın ailəyə sovqatlar paylanılıb. 

Photogallery

60eb93c7 Eb1b 465a Bc5e 9b7013726cfe Ac814cba 3245 4165 Ad61 67e312d085d2

Ən çox oxunan

Hadisə