Cümə axşamı 28 May 2020

Sosial

Gəncədə “Biz birlikdə güclüyük” – Xeyriyyə aksiyası həyata keçirilir

Surxay Məmmədzadə - 08/04/2020

Xeyriyyə aksiyası çərçivəsində bir çox aztəminatlı ailəyə ərzaq yardımı edilib.

Kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək, bir sözlə,milli dəyərlərdən irəli gələn nəcib və xeyirxah işlər görmək bu çətin günlərdə hər kəsin vətəndaşlıq məsuliyyətinə çevrilib.

Həm dövlətimizin təşəbbüsünə, həm də aztəminatlı ailələrə dəstək olmaq məqsədi ilə Gəncənin fəal gənclərindən olan Tural İsaqov tərəfindən “Biz birlikdə güclüyük” adlı xeyriyyə aksiyası başladılıb: "Koronavirus səbəbindən yaranmış vəziyyətlə əlaqədar bir qrup ailə ərzaq və ya digər ehtiyaclarını təmin etməkdə çətinlik çəkir. Əlbəttə ki, bu istiqamətdə dövlətimiz tərəfindən müvafiq addımlar atılır, yardımlar olunur. Lakin, çətin günlər olduğunu nəzərə alaraq həm dövlətimizin təşəbbüsünə həm də aztəminatlı ailələrə dəstək olmaq məqsədi ilə “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” xeyriyyə aksiyası başlatmağı qərara aldıq".

Xeyriyyə aksiyası Gəncə, Samux, Göygöl və Şəmkirdə yaşayan aztəminatlı ailələrin ərzaq və digər ehtiyaclarının ödənilməsinə xidmət edəcək.

5 gündən artıqdır start götürən xeyriyyə aksiyası çərçivəsində bir çox aztəminatlı ailəyə ərzaq yardımı edilib. 

Xeyriyyə aksiyasına qoşulmaq, aztəminatlı ailələrə yardım etmək istəyənlər (+994)  55 652 77 27  nömrəsi ilə əlaqə saxlaya bilərlər.

“BİZ BİRLİKDƏ GÜCLÜYÜK” xeyriyyə aksiyasına qoşularaq, ianə etmək istəyənlər aşağıda qeyd edilən üsullarla köçürmə ( card-to-card ) edə bilərlər:

- E-manat vasitəsi ilə Bank xidmətləri, Azərbaycan Beynəlxalq bankı, Fiziki şəxslər üçün karta mədaxil, Hesab nömrəsi və fin kod ilə Hesab nömrəsi: 3388 1019 4460 6499 22 55, FİN: 27ANL4V

- Card-to-card ( mobil bank applarından ) Kart nömrəsi: 5167 5133 4026 1700, TURAL ISAGOV

Məlumata dair videomaterialın keçid linkini məqaləyə əlavə edirik: “Biz birlikdə güclüyük”

 

Ən çox oxunan

Hadisə