Cümə axşamı 28 May 2020

Sosial

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə və tənha ahıl şəxslərə ərzaq yardımı davam edir

Gülnar Fazilqızı - 06/04/2020

Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənya yaşayan ahıl şəxslərə yardım edilib. Yardım aksiyası Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyyələri nəzərə alınaraq həyata keçirilib. Aksiyadan aztəminatlı ailələr də faydalanıblar.

Gəncə Şəhər İcra Hakimiyyətinin könüllü əməkdaşları tənha yaşıyan ahıl vətəndaşların evlərinə və aztəminatlı ailələrə baş çəkiblər. Onlar Böyük Vətən Müharibəsi iştirakçıları 98 yaşı Tofiq Hüseynov və 96 yaşlı Bəylər Verdiyevin evdində olublar. Onlarla maarifləndirici söhbət aparan şəhər icra hakimiyyətinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarını bir daha xatırladıb,  bu qaydalara əməl olunmasının vacibliyini diqqətə çatıdırıblar. Həmçinin o da bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir. Ehtiyac yarandığı halda Qərargahın qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.

Tək yaşamasına baxmayaraq hərtəfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirən Tofiq Hüseynov, göstərilən diqqətə görə ölkə başçısı və şəhər rəhbərliyinə öz minnətdarlığını bildirib. 98 yaşlı Böyük Vətən Müharibəsi iştirakçısı əhalini xüsusi karantin rejimi qaydalarına əməl etməyə və evdə qalmağa çağırıb.

I qrup əlil olan Bəylər Verdiyev də öz növbəsində verilən dəyərə görə təşəkkürünü ifadə edib. O qeyd edib ki, bu gün Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən bütün zəruri addımlar atılır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələyə xüsusi həssaslıqla yanaşırlar. Vətəndaşlar da öz növbələrində daha məsuliyyətli olmalı, xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ümumilikdə 110-na yaxın aztəminatlı ailəyə, o cümlədən yaşı 65-dən yuxarı təhna ahıl vətəndaşa ərzaq yardımı edilib.

Photogallery

+IMG 1121 +IMG 1069 +IMG 1097

Ən çox oxunan

Hadisə