Cümə axşamı 28 May 2020

Mədəniyyət

AYİB-in Gəncə bölməsinin sədri Xəzangül Hüseynova 'Həyat evdədir!' təşəbbüsünə qoşulub

Sənubər Qocayeva - 04/04/2020

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova bütün bəşəriyyəti lərzəya salan koronavirus epidemiyasına yoluxmamaq üçün “Həyat evdədir!” təşəbbüsünə qoşulub.Şairə koronavirus epidemiyasının insanların başına gətirdiyi bəlanı özünəməxsus şəkildə, qələmin dili ilə təsvir edib.

O, dünyanı ağuşuna alan koronavirus pandemiyasına yazdığı "Qara qu quşu" adlı şeirindən bəhs edib.  Xəzangül Hüseynova "Qara qu quşu" şeirində olan sözü ilk dəfə vitse prezident Mehriban xanım Əliyevanın müraciətindən eşitdiyini qeyd edib. 

"İstər istəməz  məndə bu şeir doğuldu. “Qara qu quşu” şeri" - deyə o əlavə edib.

Şairə çıxış yolunu həmrəylik nümayiş etdirməklə, deyilən qaydalara əməl etməkdə gördüyünü bildirib.  Evdə oturub “Həyat evdədir!” təşəbbüssünə  qoşulduğunu söyləyən Xəzangül Hüseynova bu çağırışı özünəməxsus şəkildə ifadə edib

"Çaliş ki, evdə qal evdədir həyat

 Evdəki istəyi, sevgini oyat,

 Qurtaraq virusdan vardı bircə yol,

 Evdə qal ay insan ancaq evdə ol."

 "Bu çağrışa özümdə hər an qoşuluram və həmişə evdəyəm. Evdəki həyat istər istəməz adamın özünün xüsusi cazibadarlığı ilə cəlb edir. Öz ailəmizin xətrinə, Azərbaycan xalqının xətrinə nəhayət bəşər əhlinin xətrinə biz mütləq evdə qalmalıyıq". 

12 kitabı işıq üzü görən, nəşrləri Türk, Rus və Gürcü dillərinə tərcümə olunan 73 yaşlı şairə evdə qalaraq öz yaradıcılığı ilə də məşğul olur, yeni kitabını nəşrə hazırlayır:

"Kitabları da vərəqləyirəm. İlk vaxtlarda pozeiyaya nə cür gəlmişəm ona da baxıram, ilk şerlərimə baxıram. İlk şerimi yazdığım məqamları xatırlayıram. Elə tədbirlər olar ki, o mənim yaddaşımdan silinib gedə bilər. Ancaq şəkilə baxanda o yadıma düşür. Bizim Gəncə Bölməsinin bütün tədbirlərini çəkibsiz özü də çox yaxşı effektlə alınıbdı. Onların hamısına bir-bir baxdıqca insanın dərkində özümüzündə başa düşmədiyimiz siqnal çalınır.Mən bütün ürəyimlə insanlara, xalqımıza müraciət edirəm. Gəlin həm özümüzə , həm də ətrafdakılarımıza kömək edək. Bununda bircə yolu var, çalışaq evdə qalaq. Həyat evdədir, bunu bizim dahi adamlarımızda, dövlət başçımızda deyir.Tezliklə bu virusdan qurtarmağın bircə yolu var ancaq evdə qalmaq. Həyat evdədi".

“Məhəbbətin qənimi” və “Xərabət gözəli” pyesləri tamaşaya qoyulan şairə hazırda səhnə üçün “Vətən həsrəti” adlı pyes yazır. Müasir dövrümüzdə cəmiyyətimizdə olan problemlərdən, ailə məişət qayğılarından bəhs edən bu əsərin ilin sonuna kimi səhnəyə qoyulması nəzərdə tutulur.

Kəpəz TV

Ən çox oxunan

Hadisə