Cümə axşamı 28 May 2020

İdman

Gəncəli şahmatçılar onlayn yarışda iştirak edib

Surxay Məmmədzadə - 31/03/2020

Məktəblilərin iştirakı ilə onlayn şahmat yarışı keçirilib.

Yarış "Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyində yüksək nəticə göstərmiş məktəblilərin iştirakı ilə baş tutub.

Yarışa chess.com internet portalında müvafiq platforma üzərindən qeydiyyatdan keçməklə ölkənin bir sıra şəhər və rayonlarından 28 şahmatçı qatılıb. 7 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilən birincilikdə Gəncəni də iki şahmatçı təmsil edib. Bunlar qardaş-bacı olan Vahid və Səadət Bəşirlilərdi. 12 yaşı olan Vahid özünü yaxşı tərəfdən göstərərək birinciliyin qalibi olub.  

Mürsəl Məmmədov iti zəka sahiblərinin onlayn yarışlarla yanaşı evdə qaydıqları müddətdə məşqlərinə də diqqət yetirdiklərini bildirib. Gənc mütəxəssis məşqçilərin şahmatçılarla mütəmadi olaraq əlaqə saxlayaraq öz tapşırıq və tövsiyələrini verdiklərini deyib. 

Qarşıdakı günlərdə mövcud vəziyyəti nəzərə alaraq onlayn yarışların daha geniş tərkibdə təşkili planlaşdırılır.

Kəpəz TV

Ən çox oxunan

Hadisə