Cümə axşamı 28 May 2020

Cəmiyyət

Gəncədə sosial izolyasiya üçün psixoloji hazırlıqlar görülürmü

Sənubər Qocayeva - 30/03/2020

Məlumdur ki, cari ilin martın 24-dən aprelin 20-dək ölkədə xüsusi rejimli karantin elan olunub. Bu müddət ərzində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması, həmçinin, ictimai yerlərdə 10 nəfərdən artıq insanın kütləvi halda toplaşması qadağan edilib. Bəs, maraqlıdır vətəndaşla məsələnin ciddiyətini anlayıb, qadağalara əməl edirmi? Gəncədə sosial izolyasiya üçün psixoloji hazırlıqlar görülürmü?

DİN-in Mətbuat Xidmətinin əməkdaşı  Eşqin Qasımov açıqlamasında bildirib ki, bu gün şəhərimizdə gənc nəsil bu məsələyə, qadağalara bir qədər laqeyd yanaşır. "Amma Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hər bir fərd, hər bir vətəndaşlarla profilaktik tədbirlər həyata keçirir. Bunun həm özləri, həm də yaxınlarının sağlamlığı üçün vacib olduğunu bildirirlər"- deyə əlavə edib.

O həmçinin qeyd edib ki, daxili işlər orqanların əməkdaşları inzibati ərazilərdə insanlarla mütəmadi olaraq maarifləndirici söhbətlər aparır. Zərurət yaranmadığı halda evdən çölə çıxamamaq, gigiyenik normalara əməl etmək tövsiyə olunur. Sosial izolyasiya ilə bağlı qəbul olunan qadağaların icrasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə edilib.

“Həyat evdədir” çağırışına münasibət fərdi xarakter daşıyır. Cəmiyyətdə koronovirusla bağlı təhlükədən qorunanlarla yanaşı, nə olur olsun mövcud vəziyyəti qəbul etməyənlər insanlara da rast gəlinir.

GDU-nun dosenti Zümrüd Cavadova: "Bu o demək deyil ki, “evdə qal” passivləş. Xeyr, bununla bağlı insanlar əksinə aktiv həyata qədəm qoymalı, heç də cəmiyyətdən təcrid olmamalıdırlar. Pozitiv olmaq lazımdır, deyilənlərə əməl etmək lazımdır. 1 nəfərin yoluxması 1 ailənin, cəmiyyətin yoluxması deməkdir".

Qeyd edək ki, hazırki vəziyyətdə sağlamlığımızı qorumaq, həm də cəmiyyəti qorumaq deməkdir. Odur ki, üzərimizə düşən bu məsuliyyəti layiqli yerinə yetirək. Bir də unutmayaq ki, aldığımız hər qabaqlayıcı tədbir koronovirusdan daha güclüdür.

Materiala dair videolinki təqdim edirik: Gəncədə sosial izolyasiya üçün psixoloji hazırlıqlar görülürmü 

Kəpəz TV

Ən çox oxunan

Hadisə