Çərşənbə günü 1 Aprel 2020

Sosial

'Sağlamlığımız milli həmrəyliyimizdədir' adlı aksiyada Gəncə gənclərinin fəallığı davam edir

Sənubər Qocayeva - 26/03/2020

Yeni Azərbaycan Partiyasının başlatdığı “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiya Gəncədə yüksək fəallıqla davam edir. Sosial izolyasiya tədbirlərinə dəstək verən YAP Gəncə şəhər təşkilatının fəal üzvləri, könüllüləri köməyə ehtiyacı olan, yaşı 65-dən yuxarı tənha insanların evlərinə baş çəkir, onlara koronavirusdan qorunmaq, sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırır, xəstəlikdən qorunma yolları ilə əlaqədar məlumatlar verirlər.

Gənclər həmçinin Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahında 24 saat fəaliyyət göstərən (022)2561504 nömrəli qaynar xəttlə əlaqə saxlayan yaşlı vətəndaşların evlərinə gedib, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərirlər.

Yaşlı insanlar bu nəcib təşəbbüsə görə gənclərə təşəkkür edib, əhalinin sağlamlığını daim diqqətdə saxlayan, koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ mübarizə tədbirlərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Photogallery

90627983 201040617999248 325986385678827520 N 90561080 809894979504484 6257675961957875712 N 91405192 241917163631389 2733638987599052800 N 90601868 826533601191449 6277582989345947648 N 90794832 234277354366344 656559001860833280 N 91129219 1642075475934903 2729922221685342208 N

İdman

Hadisə

Cəmiyyət